"Mançester Siti"nin 2 il ərzində avrokuboklardan kənarlaşdırılması komandanın baş məşqçisi Xosep Qvardiolanın planlarına təsir etməyəcək. Matc.az sport.es saytına istinadən xəbər verir ki, 49 yaşlı mütəxəssis "şəhərlilər"lə nəzərdə tutulan müqaviləni (2021-ci ilin 30 iyununa qədər) başa vurmaq niyyətindədi.

"Yuventus" ötən yay Qvardiolanı baş məşqçi postuna gətirməyə çalışsa da, istəyinə çata bilmədi. İtaliya mediası yenidən Turin təmsilçisinin Pep maraqlandığını yazır.

Qeyd edək ki, UEFA "Mançester Siti"ni 2020/2021 və 2021/2022 mövsümlərində çempionlar Liqası və Avropa Liqasına qatılmaqdan məhrum edib, həmçinin sponsorluq müqavilələri ilə maliyyə fırıldaqlarına görə 30 milyon avro cəza kəsib.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest