AFFA 2013-cü ildən etibarən Azərbaycanda çıxış edən "Keşlə"nin üzvü olan futbolçu Sezar Meza Kollini milliləşdirir. Matc.az xəbər verir ki, bu barədə federasiyanın saytı məlumat yayıb.

Bildirilir ki, oyunçunun FIFA-nın müvafiq qaydalarına əsaslanmaqla Azərbaycan Futbol Federasiyaları Assosiasiyası tərəfindən milliləşdirilməsi nəzərdə tutulur.

Qeyd edək ki, 28 yaşlı yarmmüdafiəçi bu günə qədər ölkəmizdə 55 oyun keçirib və 7 qol vurub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest