Fevralın 20-də start götürəcək Avropa Liqasının 1/32 final mərhələsində VAR sistemi tətbiq ediləcək. Matc.az xəbər verir ki, bu barədə UEFA-nın Hakimlər Komitəsinin sədri Roberto Rosseti  məlumat verib.

O bildirib ki, VAR futbolun ayrılmaz parçasına çevrilib: "Bu sistemin Avropa Liqasında da tətbiq edilməsi müsbət haldır.  VAR-ın futbol üçün nə qədər önəmli olduğunu görürük. Hakimlər bir çox görüşlərdə bu sistemdən faydalanırlar".

Qeyd edək ki, Avropa Liqasının qrup mərhələsində VAR sistemindən istifadə edilmirdi.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest