Daha sonra eyni arenada meydana "Azərreyl"lə "Neftçi" çıxıb. İkincilər çətin keçən ilk hissədə 26:24 hesabı ilə qalib gəliblər. İkinci setdə rəqibinə 17 xal verən "Neftçi" (25:17) üçüncü hissəni daha asan qazanıb - 25:16.

Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında növbəti matçlar təşkil olunub. Matc.az xəbər verir ki, günə "Sərhədçi" Olimpiya İdman Mərkəzində start verilib.
 
İlk qarşılaşmada "Express"lə MOİK üz-üzə gəlib. "Hərbçilər" ardıcıl iki setdə 25:14 hesabı ilə qalib gəldikdən sonra 23:25 hesabı ilə uduzublar. Dördüncü hissədə isə 25:13 hesabı ilə üstün olan MOİK 3:1 hesablı qələbəyə sevinib.
 
Daha sonra eyni arenada meydana "Azərreyl"lə "Neftçi" çıxıb. İkincilər çətin keçən ilk hissədə 26:24 hesabı ilə qalib gəliblər. İkinci setdə rəqibinə 17 xal verən "Neftçi" (25:17) üçüncü hissəni daha asan qazanıb – 25:16.
 
Günə "Murov" – Gürcüstan oyunu ilə yekun vurulub. Dərnəgül Voleybol Mərkəzində keçirilən oyunda Azərbaycan təmsilçisi qalib gəlib. Onlar gürcüləri debüt görüşündə 3:0 (25:17, 25:16, 25:11) hesabı ilə məğlub ediblər.
 
Beləliklə, bu oyunların nəticəsinə əsasən "Neftçi" birinci yerə yüksəlib. Onlar 6 matçda "Xilasedici" ilə eyni – 15 xal toplasalar da, top fərqində rəqiblərini qabaqlayıblar. "Murov" 14 xalla "üçlüy"ü qapayırsa, MOİK 10 xalla 4-cü pillədədi. Növbəti yerlərdə qərarlaşan "Azərreyl"in (5 oyun) aktivində 6, "Ekpress"in 3 xalı var. Gürcüstan komandası (1 oyun) və "Sərhədçi" isə hələlik xal qazanmayıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest