Qadın voleybolçular arasında Azərbaycan Super Liqasında bu gün daha bir matç oynanılıb. Matc.az xəbər verir ki, Dərnəgül Voleybol Mərkəzində baş tutan günün yeganə görüşündə "Azərreyl" Gürcüstan komandası ilə üz-üzə gəlib.
 
Oyun Famil Ağayevin yetirmələrinin üstünlüyü ilə keçib. İlk hissədə 25:13 hesabı ilə qalib gələn "Azərreyl" daha sonra rəqibini 25:23 hesabı ilə məğlub edib. üçüncü setdə isə 25:21 hesabı qeydə alınıb və Bakı təmsilçisi 3:0 hesabına sevinib.
 
Nəticədə 5-ci oyunda 5-ci qələbəsini qazanan "Azərreyl" turnir cədvəlində vahid liderə çevrilib. 15 xala malik komanda ən yaxın izləyicisi "Abşeron"u 3 xal qabaqlayır. Gürcüstan komandası isə ikinci görüşündə də xal və set qazana bilməyib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest