Qadın voleybolçular arasında Azərbaycan Super Liqasında növbəti matç keçirilib.
 
Matc.az xəbər verir ki, Dərnəgül Voleybol Mərkəzində Gürcüstan komandası ikinci sınağında UNEC-lə üz-üzə gəlib.
 
Azərbaycan təmsilçisi ilk seti 25:22 hesabı ilə qalib gəldikdən sonra eyni hesabla da uduzub. üçüncü hissədə də eyni hesab qeydə alınıb. Bu dəfə də qonaqlar sevinən tərəf olublar. Dördüncü hissədə UNEC 25:19 hesabı ilə qələbə qazansa da, tay-brekdə 7:15 hesabı ilə məğlub olub.
 
Nəticədə Gürcüstan komandası mövsümdə ilk qələbəsini (3:2) qazanıb. Onlar iki xala yiyələnib 5-ci pillədə qərarlaşdıqları halda, sonuncu olan UNEC aktivinə 1 xal yazdırıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest