Bu gün AFFA-nın inzibati binasında Premyer Liqada iştirak edən klubların futbol akademiyalarının koordinatorları və nümayəndələri ilə görüş keçirilib. 
 
Matc.az xəbər verir ki, aşağı yaş qrupları üzrə yığma komandaların Fitnes və kondisiya mütəxəssisi – Vladimir Mrdakoviç 12-19 yaş arası futbolçuların motorik keyfiyyətlərinin qiymətləndirilməsi və inkişafı istiqamətində görüləcək işlər barədə məlumat verib.
 
Qeyd edək ki, görüşdə AFFA-nın Texniki direktoru Bernhard Lippert və aşağı yaş qrupu üzrə yığma komandaların koordinatoru Miloş Velebit də iştirak edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest