Futbol üzrə İngiltərə Premyer Liqasında 27-ci tura start verilib. Matc.az xəbər verir ki, ilk oyun günündə 6 qarşılaşma keçirilib. 
 
Açılış matçında London təmsilçiləri – "çelsi" və "Tottenhem" üz-üzə gəlib. üç qolun qeydə alındığı paytaxt derbisi "zadəganlar"ın qələbəsiylə başa çatıb.
 
UEFA tərəfindən 2 mövsümlük avrokuboklardan uzaqlaşdırılan "Mançester Siti" bu turda səfərdə "Lester"in qonağı olub və minimal hesabla qalib gəlib.
 
İngiltərə Premyer Liqası
27-ci tur
22 fevral
 
çelsi – Tottenhem 2:1
Qol: Jiru, 15. Alonso, 48 – Rudiger, 89-öz qapısına.
 
Bernli – Bornmut 3:0
Qol: Vidra, 53. X.Rodriqes, 61-pen. Maknil, 87.
 
Kristal Pelas – Nyukasl 1:0
Qol: Van Anholt, 90.
 
Şeffild Yunayted – Brayton 1:1
Qol: Stivens, 26 – Maupay, 30.
 
Sauthempton – Aston Villa 2:0
Qol: Lonq, 8. Armstronq, 90+5.
 
Lester – Mançester Siti 0:1
Qol: Qabriel Xesus, 80.
 
23 fevral
 
18:00 Mançester Yunayted – Uotford
18:00 Vulverhempton – Norviç
20:30 Arsenal – Everton
 
24 fevral
 
00:00 Liverpul – Vest Hem

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest