Azərbaycan U21 millisinin hücumçusu Fərid Nəbiyevin formasını geyindiyi "Viktoria" (Zizkov) komandası növbəti yoxlama oyununu keçirib.

Matc.az xəbər verir ki, Zizkov təmsilçisi "Pardubitse"yə 1:2 hesabı ilə məğlub olub. Nəbiyev matçı kənardan izləyib. Onun adı görüşün iştirak ərizəsində olsa da, Fərid meydana daxil olmayıb.

Qeyd edək ki, millimizin üzvü komandası ilə keçirdiyi yoxlama görüşlərində 4 qol vurub.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest