Fransa çempionatının 23-cü turunda PSJ evdə "Bordo"nu 4:3 hesabı ilə məğlub edib. Matc.az xəbər verir k, Paris təmsilçisinin hücumçusu Mbappenin görüşün 69-cu dəqiqəsində vurduğu qol əlamətdar olub.

Fransalı forvard bu oyunda fərqlənməklə komandasında 85-ci qolunu vurub. Bununla da o, Safet Suşiçi qabaqlayaraq klub tarixinin ən məhsuldar 7-ci futbolçusu olub.

Qeyd edək ki, komandanın bugünə qədər ən çox qol vuran oyunçusu Edinson Kavanidir. Uruqvaylı hücumçu PSJ forması ilə 200 qol vurub.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest