Avro-2020-nin A qrupunda Türkiyə və İsveçrə millilərinə qarşı oyunlarını Bakı Olimpiya Stadionunda keçirəcək Uels milli komandasının nümayəndələri Bakıda səfərdədir. Matc.az xəbər verir ki, baş məşqçi Rayan Giqqz, Media və Marketinq meneceri İan Guiyn Hughes, Təhlükəsizlik departamentinin rəisi Grant Ashton Briggs və kit menecer David Tudor Griffithsin daxil olduğu nümayəndə heyəti otellərə və stadionlara baxış keçirəcək, infrastrukturla tanış olacaqlar.
 
AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov Uels millisinin baş məşqçisi Rayan Giqqzlə görüşüb. Görüşdə Avro-2020-nin Bakıda keçiriləcək oyunları ilə bağlı fikir mübadiləsi aparılıb, qarşılaşmaların yüksək səviyyədə təşkli olunacağına əminlik ifadə olunub.
 
Xatırladaq ki, Elxan Məmmədov bir müddət əvvəl Bakıda səfərdə olmuş Türkiyə millisinin baş məşqçisi Şenol Güneşlə də görüşmüşdü.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest