Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında daha bir oyun təşkil olunub.
 
Matc.az xəbər verir ki, günün yeganə qarşılaşmasında "Neftçi" və "Ekspress" qüvvəsini sınayıb.
 
Matç birincilərin asan qələbəsi ilə başa çatıb. İlk setdə 25:9 hesabı ilə qalib gələn "Neftçi" ikinci hissədə rəqibini 25:10 hesabı ilə məğlub edib. üçüncü setdə isə rəqibinə 21 xal verən (25:21) komanda 3:0 hesabı ilə qələbə qazanıb.
 
Bu qələbə rəqiblərindən 1 oyun çox keçinən "Neftçi"ni turnir cədvəlində ilk pilləyə yüksəldib. Onlar 8 matçdan 21 xal toplayıblar. "Ekspress" isə 7 qarşılaşmadan sonra 3 xalla 6-cı yerdədir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest