"Sabah"ın sabiq futbolçusu Rocer Roxas Kolumbiya mətbuatına müsahibə verib. Matc.az xəbər verir ki, o, paytaxt klubundan ayrılmasından danışıb.

"Sabah"ın sabiq futbolçusu Rocer Roxas Kolumbiya mətbuatına müsahibə verib. Matc.az xəbər verir ki, o, paytaxt klubundan ayrılmasından danışıb.
 
"Azərbaycanda mənə və həyat yoldaşıma çox yaxşı münasibət var idi. Onların adət və qaydalarına uyğunlaşdıq. Bizim üçün fövqəladə bir təcrübə oldu. Sonra Tolimadan yanıma gəldilər. "Deportes Tolimo"nun baş məşqçisi Hernan Torres mənə zəng edərək vəziyyətim barədə soruşdu. Mən Azərbaycan klubu ilə danışdım və şükürlər olsun ki, ayrılmaq istəyimi başa düşdülər".
 
Qeyd edək ki, Roxas "Sabah"a bu ilin avqustunda keçmişdi. 29 yaşlı futbolçu "Sabah"da 13 oyunda 2 qol vurub. 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest