"Fənərbaxça"nın baş məşqçisi Ersun Yanal klubdakı gələcəyi ilə bağlı qərarını verib. Matc.az xəbər verir ki, təcrübəli çalışdırıcı İstanbul təmsilçisindən ayrılmaq istəmir.

"Fənərbaxça"nın baş məşqçisi Ersun Yanal klubdakı gələcəyi ilə bağlı qərarını verib. Matc.az xəbər verir ki, təcrübəli çalışdırıcı İstanbul təmsilçisindən ayrılmaq istəmir.

Türkiyə Super Liqasının sonuncu turunda 20 ildən sonra evdə "Qalatasatay"a uduzan (1:3) "Fənərbaxça"da baş məşqçi Yanalın vəizfəsindən istefa verməsi gözlənilirdi.  ürkiyə mətbuatına görə, onun yerinə klub rəhbərliyi Abdullah Avcını gətirməyi düşünürdü.

Bu söz-söhbətlər Ersun Yanalın yenidən Azərbaycan millisinə baş məşqçi keçəcəyi iddiasını gündəmə gətirmişdi. Hətta qardaş ölkənin mətbuatında Yanalın ayrılmasının AFFA üçün fürsət olduğu yazılırdı. Ancaq 56 yaşlı mütəxəssis "Fənərbaxça"dan ayrılmaq niyyətinin olmadığı bildirib.

O, hələ komandanın çempionluq şansının olduğunu və mübarizəyə sona qədər davam edəcəklərini açıqlayıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest