"Tottenhem" Qaret Beyli heyətə cəlb etmək istəyir. Matc.az xəbər verir ki,  bu barədə İngiltərə mətbutatı məlumat yayıb.

Məlumata görə, baş məşqçisi Joze Mourinyo uelsli futbolçunu komandasında görmək istəyir. Portuqaliyalı mütəxəssisin yayda rəhbərlikdən ilk tələbi 31 yaşlı oyunçunun transfer edilməsi olacaq. Xəbərdə Beylin "Real"da xoşbəxt olmadığı və ayrılmaq istədiyi bildirilib.

Qeyd edək ki, Beyl 2013-cü ildə London təmsilçisindən Madrid klubuna keçmişdi.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest