Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XIX tura yekun vurulub. Matc.az xəbər verir ki, sonuncu oyun günündə də iki görüş baş tutub.
 
öncə "Zirə" doğma meydanda "Qəbələ"ni qəbul edib. Qış fasiləsindən sonra uğursuz çıxışı ilə diqqət çəkən bu komandaların dueli maraqla gözlənilirdi. Qarşılaşmada hesabı meydan sahibləri açıblar. Amma matçın son dəqiqələrində iki qol vurmağa nail olan əyalət təmsilçisi Zirədən əzmkar qələbə ilə qayıdıb.

Turun qapanış matçında isə "Neftçi" "Səbail"lə münasibətlərinə aydınlıq gətirib. Bu oyunda isə "ağ-qaralar" qələbəni son anda əldən veriblər. Bərabərlik qolunu isə elə bu qış "Neftçi"dən "Səbail"ə keçən Rauf Əliyev vurub.
 
Xatırladaq ki, ilk oyun günündə "Qarabağ" "Sabah"la (0:0), "Sumqayıt" "Keşlə" ilə (2:2) heç-heçəyə razılaşıb.
 
Azərbaycan Premyer Liqası
XIX tur
1 mart
 
"Zirə" – "Qəbələ" 1:2
Qol: İ.Muradov, 21 - F.Lopes, 80. R.Muradov, 87.
Hakimlər: Orxan Məmmədov, Elşad Abdullayev, Vüqar Bayramov, Rəşad Əhmədov.
Zirə İdman Kompleksinin stadionu 
 
Zirə: 1. Orxan Sadıqlı, 8. İlkin Muradov, 4. Elvin Camalov, 10. Ağabala Ramazanov, 33. Yovan Krneta, 27. Adrian Skarlatake (k), 43. Riçard Qadze, 3. Ali Sisey, 18. George Anton, 11. Davit Volkov, 70. Nicat Süleymanov.
Ehtiyat oyunçular: 28. Boyan Zoqoviç, 62. Abdulla Seyidəhmədov, 14. Bəxtiyar Həsənalızadə, 48. Şafik Tiqrudja, 25. Miloş Bakraç, 6. Alvaro Ampuero, 20. Əli Şirinov, 55. Rauf Hüseynli.
Baş məşqçi: Zaur Həşimov.
Qəbələ: 1. Anar Nəzirov (k), 8. Qismət Alıyev, 11. Asif Məmmədov, 28. Murad Musayev, 3. İviça Juniç, 10. Klesio Bauk, 77. Merab Giqauri, 21. Fernan Lopez, 32. Nikolas Raysel, 19. Rövlan Muradov, 2. Amin Seydiyev.
Ehtiyat oyunçular: 94. Tərlan Əhmədli, 5. Rasim Ramaldanov, 14. ülvi İsgəndərov, 4. Sadiq Quliyev, 7. Roman Hüseynov, 9. Ehtiram Şahverdiyev, 12. Abdelrafik Jerar, 22. Rodriqo Qattas, 17. Yaovi Akakpo, 55. İdris İnqilablı.
Baş məşqçi: Azər Bağırov.
 
"Neftçi" – "Səbail" 1:1
Qol: E.D.Silva, 55-öz qapısına - R.Əliyev, 90+2.
Hakimlər: Səbuhi Bayramov, Müslüm Əliyev, Nahid Əliyev, Vüqar Həsənli.
Bakı. "Bakcell Arena" 
 
Neftçi: 30. Aqil Məmmədov, 7. Namiq Ələsgərov, 8. Emin Mahmudov (k), 18. Tural Axundov, 9. Baqali Dabo, 36. Mamadu Kane, 6. Voyislav Stankoviç, 28. Stiven Monroz, 88. Saman Nərimancahan, 5. Anton Krivotsyuk, 26. ömər Buludov.
Ehtiyat oyunçular: 1. Səlahət Ağayev, 12. Kamran İbrahimov, 17. Rəhman Hacıyev, 22. Mirabdulla Abbasov, 93. Soni Mustivar, 10. Dario Frederiko, 11. Evangelos Platellas, 55. İbrahim Əliyev, 33. Turan Vəlizadə, 80. İsmayıl Zülfüqarlı, 40. Vüqar Həsənov.
Baş məşqçi: Füzuli Məmmədov.
Səbail: 1. Aleksandr Rıbka, 7. Fəhmin Muradbəyli, 13. Şəhriyar Rəhimov, 14. Rahid Əmirquliyev (k), 34. ürfan Abbasov, 55. Adil Nağıyev, 11. Rauf Əliyev, 10. Maykl Essyen, 21. Eriko da Silva, 27. Hendrik Ekşteyn, 19. Ruslan Hacıyev.
Ehtiyat oyunçular: 25. Elxan Əhmədov, 88. Orxan Qurbanlı, 4. Eltun Yaqublu, 26. Kamal Qurbanov, 17. Elçin Rəhimli, 9. Mirsahib Abbasov, 16. Peyman Keşavarz, 8. Lema Mabidi, 30. Murad Qayalı, 77. Ədilxan Qarəhmədov, 79. Əli Sadıxov.
Baş məşqçi: Aftandil Hacıyev.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest