Azərbaycan Yüksək Liqasında və Super Liqasında daha 5 matçın vaxtı dəqiqləşib. 
 
Matc.az xəbər verir ki, hər iki çempionatın II dövrəsinin növbəti qarşılaşmaları martın 3-nə təsadüf edəcək.
 
Qadın voleybolçular arasında Super Liqanın görüşləri Dərnəgül Voleybol Mərkəzində təşkil olunacaq. Saat 15:00-da "Abşeron" "Mübariz"i, 2 saat sonra "Azərreyl" UNEC-i sınağa çəkəcək.
 
Kişi voleybolçular isə "Sərhədçi" Olimpiya İdman Mərkəzində güclərini sınayacaqlar. Burada günə "Express" "Azərreyl" oyunu ilə start veriləcək. Komandalar mübarizəyə saat 14:00-da başlayacaqlar. 2 saat sonra "Sərhədçi" "Xilasedici" ilə, saat 18:00-da isə "Murov" MOİK-lə münasibətinə aydınlıq gətirəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest