İspaniyanın "Valensiya" klubu ciddi itki ilə üzləşib.
 
Matc.az xəbər verir ki, La Liqa təmsilçisinin əsas qol silahı Maksi Qomes sıradan çıxıb.
 
23 yaşlı hücumçu "Betis"ə 1:2 hesabıyla uduzduqları oyunda zədələnib. Oyundan sonra ətraflı müayinə olunan futbolçunun sol ayaq barmağında qırıq aşkarlanıb. Bu üzdən uruqvaylı forvardın qarşıdakı günlərdə əməliyyat olunacağı bildirilir. Qomes azı 6 həftə yaşıl meydanlardan uzaq qalacaq.
 
Uruqvay yığmasının da formasını geyinən Maksi Qomes bu mövsüm "Valensiya"da 22 oyuna çıxıb, 8 qola imza atıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest