Hollandiya millisinin sabiq üzvü Robin van Persi məşqçiliyə başlayıb. Matc.az xəbər verir ki, 36 yaşlı keçmiş futbolçu "Feyenoord" klubunda çalışacaq.

Məlumata görə, Persi komandada hücumçularla işləyəcək. Rəhbərlik onun  gənc forvardların inkişafında böyük rol oynayacağını düşünür.

Qeyd edək ki, "Arsenal", "Mançester Yunayted" və "Fənərbaxça"da da çıxış edən Persi karyerasını "Feyenoord"da başa vurmuşdu.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest