Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XX tura yekun vurulub. Matc.az xəbər verir ki, sonuncu oyun günündə də iki görüş baş tutub.
 
öncə "Səbail" "Zirə" üz-üzə gəlib. Bu komandaların turnir cədvəlində həm qonşu, həm də eyni xala malik olması oyunu prinsipial edən əsas məqamlardan idi. Altı xallıq qarşılaşmada kimin sevinəcəyi maraqla gözlənilirdi. Dörd qolun qeydə alındığı matçda sevinən tərəf qonaqlar olub.
 
Turun qapanış matçında isə lider "Qarabağ" səfərdə "Keşlə" ilə münasibətlərinə aydınlıq gətirib. Ağdam klubu bu oyunda inamlı qələbə qazanmaqla zirvədəki mövqeyini möhkəmləndirib.
 
İlk oyun günündə "Neftçi" "Sabah"ı 4:0, "Qəbələ" "Sumqayıt"ı 5:0 hesabıyla məğlub edib.
 
Azərbaycan Premyer Liqası
XX tur
8 mart
 
"Səbail" – "Zirə" 1:3
Qol: R.Əliyev, 34 - D.Volkov, 12. A.Ramazanov, 59. Ş.Tiqrudja, 80.
Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Nahid Əliyev, Rauf Allahverdiyev.
Bakı. "ASCO Arena", 16:00.
 
Səbail: 1. Aleksandr Rıbka, 7. Fəhmin Muradbəyli, 17. Elçin Rəhimli, 13. Şəhriyar Rəhimov, 14. Rahid Əmirquliyev (k), 34. ürfan Abbasov, 55. Adil Nağıyev, 11. Rauf Əliyev, 21. Eriko da Silva, 27. Hendrik Ekşteyn, 19. Ruslan Hacıyev.
Ehtiyat oyunçular: 25. Elxan Əhmədov, 4. Eltun Yaqublu, 26. Kamal Qurbanov, 9. Mirsahib Abbasov, 16. Peyman Keşavarz, 8. Lema Mabidi, 30. Murad Qayalı, 77. Ədilxan Qarəhmədov, 79. Əli Sadıxov.
Baş məşqçi: Aftandil Hacıyev.
Zirə: 12. Emil Balayev, 8. İlkin Muradov, 4. Elvin Camalov, 10. Ağabala Ramazanov, 27. Adrian Skarlatake (k), 6. Alvaro Ampuero, 43. Riçard Qadze, 3. Ali Sisey, 18. George Anton, 11. Davit Volkov, 55. Rauf Hüseynli.
Ehtiyat oyunçular: 28. Boyan Zoqoviç, 62. Abdulla Seyidəhmədov, 88. Tellur Mütəllimov, 14. Bəxtiyar Həsənalızadə, 33. Yovan Krneta, 48. Şafik Tiqrudja, 25. Miloş Bakraç, 20. Əli Şirinov, 77. Cəlal Hüseynov.
Baş məşqçi: Zaur Həşimov.
 
"Keşlə" – "Qarabağ" 0:2
Qol: A.Zubir, 34. F.Ozobiç, 87.
Hakimlər: Əliyar Ağayev, Akif Əmirəli, Zeynal Zeynalov, Rövşən Rəcəbov.
Bakı. "ASK Arena", 18:00.
 
Keşlə: 1. Stanislav Namaşko, 3. Cabir Əmirli, 19. Azər Salahlı (k), 17. Vüsal İsgəndərli, 11. Ruslan Qurbanov, 21. Miyusko Boyoviç, 5. Franko Flores, 10. Sezar Meza Kolli, 42. Aleksandr Kristovao, 30. Şahrux Qadoyev, 13. Pərviz Azadov.
Ehtiyat oyunçular: 94. Rəşad Əzizli, 57. Əkpər Vəliyev, 33. Tərlan Quliyev, 18. Ruslan Əmircanov, 2. İlkin Qırtımov, 22. Əfran İsmayılov, 6. Rəşad Sadiqov, 8. Murad Ağayev, 9. Lorenzo Frutos, 90. Orxan Fərəcov.
Baş məşqçi: Tərlan Əhmədov.
Qarabağ: 12. Şahruddin Məhəmmədəliyev, 5. Maksim Medvedev, 2. Qara Qarayev, 14. Rəşad Sadıqov (k), 55. Bədavi Hüseynov, 11. Mahir Emreli, 17. Abdullah Zubir, 9. Xayme Romero, 3. Ailton Silva, 27. Kvabena Ovusu, 18. İsmayıl İbrahimli.
Ehtiyat oyunçular: 13. Vaqner da Silva, 94. Nicat Mehbalıyev, 30. Abbas Hüseynov, 4. Rahil Məmmədov, 7. Araz Abdullayev, 19. Filip Ozobiç, 99. Maqaye Qeye, 23. Faysal Rerras, 21. Hacıağa Hacılı, 24. Nihad Tamazov, 71. Toral Bayramov, 29. Musa Qurbanlı.
Baş məşqçi: Qurban Qurbanov.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest