“Zirə”nin baş məşqçisi Zaur Həşimov Azərbaycan Premyer Liqasının 20-ci turu çərçivəsində “Səbail”ə qarşı keçirdikləri oyunu şərh edib.
 
Matc.az xəbər verir ki, o, 3:1 hesabıyla qalib gəldikləri oyundan sonra təşkil olunan mətbuat konfransında bunları söyləyib:
 
“Son turlarda "Səbail" inamlı çxış edirdi. Rəqibdən fərqli olaraq, dörd turdu qələbə qazana bilmirdik. Yaxşı başladıq, amma sonra təşəbbüsü əldən verdik. Fasilədən sonra yenidən oyun əlaqələrini qaydasına saldıq və qələbə qazana bildik".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest