Futbol üzrə Almaniya 2-ci Bundesliqasında 25-ci turun oyunları keçirilib. Matc.az xəbər verir ki, Azərbaycan milli komandasının yarımmüdafiəçisi Dmitri Nazarovun şərəfini qoruduğu “Ersgebirge” klubu da növbəti matçına çıxıb.
 
Aue təmsilçisi səfərdə Drezden “Dinamo”su ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb - 1:2.
 
Nazarov da bu matçın iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 65-ci dəqiqədə əvəzlənib. Sari mövsümdə 8 qola imza atan millimizin üzvü bu dəfə fərqlənə bilməyib.
 
25 turdan sonra 34 xala malik “Ersgebirge” 18 kollektiv arasında 8-ci pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest