18 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası seleksiya məqsədilə Bayıl Təlim-Məşq Mərkəzində təlim-məşq toplanışı keçirəcək.

18 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası seleksiya məqsədilə sentyabrın 21-dən 23-dək Bayıl Təlim-Məşq Mərkəzində təlim-məşq toplanışı keçirəcək.

Matc.az xəbər verir ki, bu barədə Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, bu hazırlıq prosesi yığmanın seleksiya məqsədilə təşkil olunacaq. Üç gün davam edəcək toplanış çərçivəsində məşqçilər heyəti aşağı yaş qrupundan olan futbolçuların hazırlıq səviyyəsini yoxlayacaqlar.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest