"Liverpul" İngiltərə Premyer Liqasının 29-cu turunda "Bornmut"u məğlub edib.
 
Matc.az xarici mətbuata istinadən xəbər verir ki, 2:1 hesabıyla bitən görüşdə komandasının ilk qolunu vuran Məhəmməd Salah yeni uğura imza atıb.
 
Belə ki, misirli hücumçu ardıcıl üç mövsümdür ki, "Liverpul"la 20-dən çox qol vurur.
 
Bu rekord daha əvvəl Maykl Ouenə məxsus idi. Keçmiş ingilis hücumçu "Liverpul"la 2000-01, 2001/02 və 2002/03 mövsümlərində 20-dən çox qol vurmuşdu.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest