Qadın voleybolçular arasında çempionlar Liqasının qrup mərhələsinə start verilib. Matç.az saytının məlumatına görə, A qrupunda keçirilən "Vakıfbank" – "Allianz MTV" görüşünü azərbaycanlı hakim idarə edib.

Vakıfbank İdman Sarayında baş tutan qrupun ilk qarşılaşmasında həmyerlimiz Eldar Zülfüqarov iki referidən biri olub. O, çexiyalı həmkarı Vlastimil Kovarla birlikdə ədalət təmsilçisi olub.

Oyun isə Türkiyə klubunun almanlar üzərində 3:1 hesablı qələbəsi ilə nəticələnib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest