Futbol üzrə Ukrayna Premyer Liqasında 23-cü turun oyunları keçirilib. Matc.az xəbər verir ki, Azərbaycan yığmasının müdafiəçisi Pavel Paşayevin formasını geyindyi “Aleksandriya” da növbəti matçına çıxıb.
 
Sözügedən kollektiv doğma meydanda “Kolos”la qarşılaşıb. Futbolçumuzun komandası bu görüşdən qələbə ilə ayrılıb - 4:2.
 
Paşayev də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb.
 
“Aleksandriya” 23 turdan sonra 40 xalla çempionluq uğrunda mübarizə aparan ilk altılıqda 5-ci pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest