"Zirə" Topaz Premyer Liqasının XII turunda "Sumqayıt"la görüşəcək. Matç.az xəbər verir ki, noyabrın 25-də keçiriləcək ev oyunu bakılıların "gənclik şəhəri" təmsilçisi ilə 14-cü dueli olacaq.

Cari mövsümdə 2-ci dəfə üz-üzə gələcək rəqiblər ümumilikdə 13 dəfə qarşılaşıb. Bu matçlarda üstünlük "Zirə"nin tərəfindədi. Hesabında 6 qələbə və 3 heç-heçə olan paytaxt klubu 4 dəfə meydanı xalsız tərk edib. 26 qolun vurulduğu görüşlərdə bakılılar üstündü – 15:11. Bu oyunlarda qəsəbə təmsilçisinin ən yaxşı bombardiri Vüsal İsgəndərlidi. O, 3 dəfə fərqlənib. Riçard Qadze və Sadio Tounkaranın hesabında 2 top var.

"Zirə" ev oyunlarında da üstünlüyə malikdi. 7-ci dəfə rəqibini qəbul edəcək komanda əvvəlki 6 oyunda 4 qələbə qazanıb, 1 heç-heçə edib və yalnız 1 dəfə uduzub. öz meydanında 9 qola sevinən "Zirə" 5 top buraxıb.

 

2015/16 mövsümü

13.09.2015. Premyer Liqa. Sumqayıt - Zirə - 0:0

07.11.2015. Premyer Liqa. Zirə - Sumqayıt - 3:2

Cəmil Hacıyev, 16 (ö.q); Adil Nağıyev, 49; Nicat Qurbanov, 75 // Ağabala Ramazanov, 45; Pərdis Fərcad Azad, 81

06.02.2016. Premyer Liqa. Sumqayıt - Zirə - 0:2

Nelson Bonilla, 4; Rəşad Abdullayev, 90+2

03.04.2016. Premyer Liqa. Zirə - Sumqayıt - 1:0

Nurlan Novruzov, 84

 

2016/17 mövsümü

06.08.2016. Premyer Liqa. Zirə - Sumqayıt - 0:1

Vaqif Cavadov, 75

17.12.2016. Premyer Liqa. Sumqayıt - Zirə - 1:0

Mirabdulla Abbasov, 14

27.02.2017. Premyer Liqa. Zirə - Sumqayıt - 1:0

Riçard Qadze, 35

15.04.2017. Premyer Liqa. Sumqayıt - Zirə - 1:1

Mirabdulla Abbasov, 83 - Milan Duriç, 90+4 (p.)

 

2017/18 mövsümü

26.08.2017. Premyer Liqa. Zirə - Sumqayıt - 3:1

Riçard Qadze, 52; Vüsal İsgəndərli, 61, 77 - Jozef Bum, 88 (ö.q.)

21.10.2017. Premyer Liqa. Sumqayıt - Zirə - 2:1

Amil Yunanov, 38; Vurğun Hüseynov, 83 - Sadio Tounkara, 5

10.02.2018. Premyer Liqa. Zirə - Sumqayıt - 1:1

Vüsal İsgəndərli, 40 - Tural Axundov, 35

20.05.2018. Premyer Liqa. Sumqayıt - Zirə - 1:2

Cavid İmamverdiyev, 13 - Aleksandr Dedov, 68; Sadio Tounkara, 90+5

 

2018/19 mövsümü

30.09.2018. Premyer Liqa. Sumqayıt – Zirə - 1:0

Adil Nağıyev, 16 (ö.q.)

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest