Argentinanın "River Pleyt" klubu koronavirus pandemiyasına görə fəaliyyətini müvəqqəti dayandırıb.
 
Matc.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
 
"River Pleyt" koronavirusa görə Argentina Super Liqa kubokunda "Atletiko Tukuman"la olan matça çıxmaqdan da imtina edib.
 
"River Pleyt"in bu qərarı Argentina Futbol Federasiyası tərəfindən müsbət qarşılanmayıb. Federasiyanın məlumatı olmadan belə qərar qəbul edilməsi, kluba sanksiyaların tətbiq olunmasına gətirib çıxara bilər.
 
"Atletiko Tukuman" Super Liqa kuboku matçı üçün paytaxt Buenos-Ayresə gəlsə də, "River Pleyt"in stadionu bağlı olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest