“Keşlə”nin idman direktoru Ramiz Məmmədov İtaliyaya səfər edib. Matç.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, paytaxt təmsilçisinin rəsmisi İtaliyanın “Bolonya” klubunun düşərgəsindədi.

“Keşlə”də uşaq və yeniyetmə futbolunun inkişafina nəzarət edən Məmmədov “Bolonya”nın iş prinsipləri ilə tanış olur. Çalışdırıcı “Bolonya”nın əsas komandasının gündəlik məşqlərində də yaxından iştirak edir. Ramiz Məmmədov İtaliyada olduğu müddətdə “Bolonya”nın baş məşqçisi Filippo İnzagi ilə görüşüb və müasir futbolun yenilikləri ətrafında fikir mübadiləsi aparıb.

Qeyd edək ki, Ramiz Məmmədov məşqçilik karyerası ərzində bir müddət İranda da fəaliyyət göstərib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest