Dortmund "Borussiya"sı "Barselona"nın hücumçusu Pako Alkaseri transfer edib. Matç.az saytının xarici mətbuata istinadən məlumatına görə, Bundesliqa təmsilçisi qarşı tərəflə hərtərəfli razılıq əldə edib.

Mövsümün əvvəlindən "Borussiya"da icarə əsasında çıxış edən İspaniya millisinin üzvü almanlara 23 milyon avroya başa gəlib. üstəlik, 5 milyon avroluq bonus da nəzərdə tutulub. Futbolçu yeni komandası ilə 2023-cü ilə qədər müqavilə bağlayacaq. Bu transferin bazar günü rəsmən açıqlanması gözlənilir.

Qeyd edək ki, Pako Alkaser bu mövsüm Bundesliqada 6 oyunda 8 qol vurub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest