"Trabzonspor" klubunun yeni baş məşqçisi rəsmən müəyyənləşib. Türkiyə təmsilçisi almaniyalı mütəxəssis Tomas Reis ilə razılıq əldə olunduğunu elan edib.
Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, "Trabzonspor" Tomas Reisin keçidi ilə bağlı Bolqarıstanın "Ludoqorets" klubu ilə anlaşıb. Müqaviləyə əsasən, "Ludoqorets"ə sözləşmənin ləğv edilməsi qarşılığında 900 min avro təzminat ödəniləcək. Yeni baş məşqçi üçün bu gün imza mərasimi təşkil olunacaq.
Məşqçilik karyerasına ölkəsinin "Boxum" komandasında başlayan 52 yaşlı Tomas Reis daha sonra "Şalke"ni çalışdırıb.
Təcrübəli mütəxəssis 2024-2026-cı illərdə digər Türkiyə klubu "Samsunspor"un sükanı arxasında olub. O, "qırmızı-bəyazlı" komanda ilə çıxdığı 72 rəsmi matçda 33 qələbə, 18 heç-heçə və 21 məğlubiyyət alıb.
Almaniyalı çalışdırıcı "Samsunspor"dan ayrıldıqdan sonra son olaraq "Ludoqorets"ə rəhbərlik edib.













