"Hücumçumuz Karikarinin anası dünyasını dəyişib. Bu qələbə ilə ona dəstək mesajı verdik. Uşaqlar qələbəni ona həsr etdilər". Matç.az saytının məlumatına görə, bu sözləri "Neftçi"nin prezidenti Kamran Quliyev deyib.

O, Topaz Premyer Liqasının VII turunda "Sabah"la (2:0) keçirilən oyundan sonra jurnalistlərin suallarını cavablandırıb. Quliyev ağır oyun keçirdiklərini vurğulayıb: "Komandamız belə oyunlarda vaxtında qol vura bilir. ümumiyyətlə, hər görüş çətin keçir. Komandalar bizimlə matçda sanki meydana son oyun kimi çıxırlar. Rəqiblərimizin hansısa stimul axtarmalarına ehtiyac yoxdu. çünki "Neftçi"nin həm adı, həm də oyunu stimuldu. Komandamız hələ püxtələşir, futbolçular arasında əlaqələr möhkəmlənir. Bu, bizim tam görmək istədiyimiz "Neftçi" deyil. Ancaq çempionatın da pik dövründə deyilik".

Paytaxt klubunun prezidenti müdafiə xəttindən xüsusi razılıq bildirib: "Komandamız son illərin ən uğurlu müdafiə oyunu ilə seçilir. 7 matçda cəmi 3 top buraxmışıq. Həm müdafiə, həm də qapı xəttimiz yaxşıdı. Səlahət Ağayev hər oyunda gözəl "seyv"lərlə yadda qalır. Məncə, artıq millidə Kamran Ağayevlə rəqabət aparan qapıçı var. Səlahət indi əla formadadı".

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest