"Mançester Yunnayted" Pol Poqbanın komandanı tərk etməyəcəyinə inanır. Matc.az xarici mətbuata istinadən xəbər verir ki, "qırmızı şeytanlar" oyunçu ayrılmaq istəsə də, onu razı salmağa çalışır.

Məlumata görə, Poqba "Yuventus" və "Real"ın hədəfindədir. Ancaq Mançester təmsilçisi fransalını buraxmaq istəmir. Klub rəhbərliyi oyunçunun müqaviləsini 2022-ci ilə qədər uzatmaq istəyir.

Ancaq İngiltərə mətbuatı yarımmüdafiəçinin ayrılmaq istədiyini iddia edir. Futboloçu daha öncə "Yuventus"a dönə biləcəyini açıqlamışdı.

Poqba bu mövsüm Premyer Liqada 7 matç keçirib və iki asisst edib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest