"Qalatasaray"da daha bir nəfərdə koronavirus aşkarlanıb. Matc.az xəbər verir ki, İstanbul təmsilçisinin vitse-prezidenti Yusuf Günay sosial şəbəkə vasitəsilə bu xəstəliyə yoluxduğunu bildirib.

Klub rəsmisi testin nəticəsinin müsbət olduğunu yazıb. O, səhhətinin yaxşı olduğunu və müayinəsinin davam etdiyini də qeyd edib.

 Qeyd edək ki, "Qalatasaray"ın digər vitse-prezidenti Abdurrahim Albayrak və baş məşqçisi Fatih Terim də bu xəstəlikdən əziyyət çəkir.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest