 
 
Futbol üzrə Azərbaycan Premyer Liqasında mövsümün ikinci yarısında 6 tur baş tutub.
Matc.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, 2020-ci ilin ən yaxşı komandası "Qarabağ"dı.
Ağdam klubu 6 matçda 14 xal toplayıb. Qapısından qol buraxmayan Qurban Qurbanovun yetirmələri hamıdan çox – 4 qələbə qazanıb.
Son çempion kimi, "Neftçi" də bu il uduzmayıb. 12 xal toplayan bakılılar ən çox qol vuran komandadı – 11 top. "Səbail" 3-cü, "Sabah" 4-cü göstəriciyə malikdi.
İlin uğursuzu isə "Sumqayıt"dı.
| 1. | Qarabağ | 6 | 4 | 2 | 0 | 10-0 | 14 | 
| 2. | Neftçi | 6 | 3 | 3 | 0 | 11-3 | 12 | 
| 3. | Səbail | 6 | 2 | 2 | 2 | 6-6 | 8 | 
| 4. | Sabah | 6 | 2 | 2 | 2 | 5-9 | 8 | 
| 5. | Keşlə | 6 | 2 | 1 | 3 | 9-9 | 7 | 
| 6. | Qəbələ | 6 | 2 | 0 | 4 | 11-11 | 6 | 
| 7. | Zirə | 6 | 2 | 0 | 4 | 7-15 | 6 | 
| 8. | Sumqayıt | 6 | 1 | 2 | 3 | 6-12 | 5 | 

 
             
 















