"Qarabağ"ın kapitanı Rəşad Sadıqov Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə ayırıb.
 
Matc.az xəbər verir ki, 38 yaşlı müdafiəçi ölkə prezidentinin yaratdığı fondun hesabına 50 min manat köçürüb. O, bunu fiziki şəxs kimi reallaşdırıb.
 
Qeyd edək ki, daha öncə fonda "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov 20 min, komandanın futbolçuları isə ümumilikdə 50 min manat ayırmışdı.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest