"Barselona" yayda müdafiəçi Samuel Umtitini satmağa hazırdır. Matc.az xəbər verir ki, bu barədə İspaniya mətbuatı məlumat yayıb.

Bildirilir ki, "Barselona" 26 yaşlı fransalı ilə yolları ayırmağı düşünür. Kataloniya klubu Umtiti üçün 50 milyon avro tələb edir. "çelsi"nin futbolçu ilə maraqlandığı söylənir.  Ancaq London təmsilçisi hələlik oyunçu üçün rəsmi təklif göndərməyib.

ötən mövsüm "Arsenal" da Umtitini transfer etmək istəyirdi. Lakin müdafiəçi "Barselona"da qalmağa üstülük verdi.

Qeyd edək ki, 26 yaşlı müdafiəçi bu mövsüm La Liqada 11 oyun keçirib.            

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest