Yaponiyada qadın voleybolçular arasında dünya çempionatı davam edir. Matç.az saytının məlumatına görə, Azərbaycan millisi C qrupunda 3-cü oyununa çıxıb.

Faiq Qarayevin yetirmələrinin rəqibi bu dəfə Rusiya olub. Qarşılaşma şimal qonşularımızın üstünlüyü şəraitində keçib. İlk iki setdə 25:21 hesablı üstünlük əldə edən ruslar 3-cü setdə də komandamıza heç bir şans verməyib və 3:0 hesablı qələbə qazanıb.

Bu, rusların ardıcıl 3-cü qələbəsi olubsa, yığmamız ABŞ-dan sonra daha bir rəqibinə quru hesabla yenilib.

Qeyd edək ki, hələlik yeganə qələbəsini Cənubi Koreya üzərində əldə edən (3:1) yığmamız növbəti oyununu sabah autsayder Trinidad və Tobaqoya qarşı keçirəcək.

 

Dünya çempionatı

C qrupu, III tur

Rusiya – Azərbaycan – 3:0 (25:21, 25:21, 25:22)

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest