Futbol üzrə İtaliya A Seriyasının rəhbərliyi koronavirus pandemiyasına görə yarımçıq dayandırılan 2019/20 mövsümünün aqibətini müzakirə etmək üçün videokonfrans keçirib.
 
Matc.az liqanın saytına istinadən xəbər verir ki, videokonfransda çempionatın qeyri-müəyyən müddətə kimi təxirə salınmasına qərar verilib.
 
Bildirilib ki, A Seriyası ölkədə koronavirus pandemiyası ilə bağlı vəziyyət tam düzələndən sonra bərpa olunacaq.
 
Xatırladaq ki, əvvəlki qərara əsasən, İtaliya çempionatının mayda yenidən başlayacağı ehtimal olunurdu.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest