"Vəziyyət pisləşdikcə yarışlara ev sahibi edəcək ölkələr təbii olaraq, qarşıdakı hadisələri təxirə salmağa başladılar"

"Keçən ay hamımız koronavirus xəstəliyinin yayılması və ətrafındakı stres artımı ilə əlaqədar vəziyyətin daha da ağırlaşma halını yaşadıq".
 
Matc.az xəbər verir ki, bu fikirləri Avropa Gimnastika İttifaqının (UEG) prezidenti Fərid Qayıbov qurumun rəsmi saytına verdiyi açıqlamasında deyib..
 
F.Qayıbov fevralda bu məsələnin növbəti ay həll olunacağına ümid etdiklərini xatırladıb: "Ancaq təəsüf ki, koronavirus yayılaraq Avropanın böyük hissəsini ağır vurdu. Vəziyyət pisləşdikcə yarışlara ev sahibi edəcək ölkələr təbii olaraq, qarşıdakı hadisələri təxirə salmağa başladılar. Bakıdakı bədii gimnastika üzrə Dünya Kuboku iki günlük təsnifat yarışlarından sonra dayandırıldı. Hökumət bu xəstəliyin yayılmasının qarşısını almaq üçün kütləvi tədbirləri ləğv etdi, daha sonra final mərhələləri keçirilmədi. Bir çox ölkə sərhədlərində səyahət məhdudiyyətləri tətbiq etməyə başladı, aviaşikətlər uçuşları ləğv etdi".
 
UEG prezidenti bütün addımların idmançıların və qitə miqyaslı yarışlarda iştirak edən insanların təhlükəsizliyi üçün atıldığını vurğulayıb: "Aprel və mayda keçirilməsi planlaşdırılan bütün Avropa çempionatlarının ləğvi ilə bağlı razılığa gəldik. Vəziyyət qeyri-müəyyən olduğundan, yarışlar üçün yeni tarix təyin etmək bir az çətindir. Durumu hər gün izləyir və bu məsələ ilə bağlı ev sahibi ölkələrlə əlaqə saxlayırıq. Həl halda, yarışlarımız payızdan əvvəl keçirilməyəcək".
 
F.Qayıbov hazırda dövlət başçılarının və müvafiq qurumların koronavirusun geniş yayılmaması üçün bir sıra profilaktik tədbirlər gördüyünü diqqətə çatdırıb: "Onlar insanların təhlükəsizliklərini təmin etmək üçün əllərindən gələni edirlər. Bu vəziyyətdə evdə qalmaqdan, səbr etməkdən və təhlükəsiz olmaq üçün bütün dünyada fərdi təcrid və gigiyena təlimatlarına əməl etməkdən başqa işimiz yoxdur".
 
Azərbaycanlı funksioner bir sıra federasiyaların onlayn gimnastika dərsləri təşkil etdiyini də diqqətə çatırıb: "İnsanları evdə qalmağa, pozitiv olmağa və təslim olmamağa təşviq edən müxtəlif video çarxlar görürük. Bu günlərdə qarşılaşdığımız çətinliklərə dözməliyik. Yoluxmuş insanların azalması və sağalması ilə əlaqədar xoş xəbərlərdən məmnun olacağıq".
 
Qurumun rəhbəri Tokio Yay Olimpiya və Paralimpiya Oyunlarının da məlum səbəblərdən təxirə salındığını xatırladıb: "Bir çox yarışın daha sonrakı vaxta keçirilməsi ilə əlaqədar bəzi dəyişikliklər və düzəlişlər etməliyik. Bir neçə gün əvvəl elan edilən yeni olimpiada tarixi Beynəlxalq Gimnastika Federasiyasına və İcraiyyə Komitəsinə bundan sonra necə davam edəcəyimizi düşünməyə, dünya və Avropa çempionatlarının yeni tarixlərini planlaşdırmağa kömək edəcək. Yarışlarda hansı qaydaların tətbiq ediləcəyi, hansı Texniki Komitələrin iştirak edəcəyi kimi bir çox sual var. Ali gimnastika qurumunun şura iclasının yeni tarixini bilmirik. Əminəm ki, həmişə olduğu kimi, idmançıların xeyrinə düzgün qərarlar verəcəyik".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest