PSJ-nin müdafiəçisi Leyvin Kurzava karyerasını İspaniyada davam etdirəcək. Matc.az xəbər verir ki,  fransalı futbolçu "Barselona" ilə ilkin razılıq əldə edib.

28 yaşlı Kurzava Kataloniya klubunun təklifini müsbət qarşılayıb, tərəflər ortaq məxrəcə gəliblər. Fransa millisinin üzvünün keçidinin rəsmiləşməsi üçün artıq mövsümün sonunu gözləmək qalır.

Qeyd edək ki, Leyvin Kurzavanın PSJ ilə müqavilə müddəti mövsümün sonuna qədər olduğundan, o, "Barselona"ya havayı keçəcək.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest