"Nazarov və digər futbolçularla öncədən müqavilə imzaladığımız üçün sevinirəm. Onlar 2023-cü ilə qədər bizimlə bərabər olacaqlar"

Dimitri Nazarovun formasını geyindiyi "Ersgebirge"nin prezidenti Holqe Leonhardt Almaniya mətbuatına müsahibə verib.

Matc.az xəbər verir ki, klub rəhbəri 6 futbolçunun 2023-cü ilə qədər komandada qalacağının sevindirici olduğunu bildirib:

"Nazarov və digər futbolçularla öncədən müqavilə imzaladığımız üçün sevinirəm. Onlar 2023-cü ilə qədər bizimlə bərabər olacaqlar. Beləliklə, komandanın özəyini qorumuş olduq. Hazırda koronavirus üzündən klublar ciddi maliyyə böhranı yaşayırlar. Ancaq bu müqavilələr bizi rahatladır".

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest