"Yuventus" hücumçu Pauolo Dibala ilə müqavilə yeniləyəcək. Matc.az xəbər verir ki, bu barədə İtaliya mətbuatı məlumat yayıb.

Bildirilir ki, rəhbərlik argentinalı futbolçuya illik 12 milyon avro təklif edib. Dibala bununla razılaşıb. Rəsmi açıqlamanın yaxın günlərdə veriləcəyi qeyd edilir. Oyunçunun Turin təmsilçisi ilə sözləşməsi 2022-ci ildə sona çatırdı. 

Yenilənən müqavilənin müddəti 2025-ci ilə qədərdir.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest