"Roma"dan göndəriləcək Cengiz ünder karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər. Matc.az xəbər verir ki, oyunçu "Tottenhem"in maraq dairəsindədir.

Bildirilir ki, London təmsilçisi futbolçunu ötən yay da heyətinə qatmaq istəyirdi. Lakin "Roma" buna icazə verməmişdi. İtaliya klubu bu il Türkiyə millisinin üzvü ilə yolları ayıracaq. "Tottenhem"in transfer dönəmində futbolçunu alacağı qeyd edilib.

ünder üçün "Everton"un da maraqlandığı bildirilir. Baş məşqçi Karlo Ançelotti oyunçunu komandasında görmək istəyir. 22 yaşlı futbolçunun qiyməti 30 milyon avro göstərilib.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest