"Yuventus"un sabiq baş məşqçisi Massimiliano Alleqri PSJ-ni çalışdıra bilər. Matc.az xəbər verir ki, bu barədə Fransa mətbuatı məlumat yayıb.

Bildirilir ki, rəhbərlik Tomas Tuxellə yolları ayırlmağı düşünür. Onun yerinə isə ilk namizəd italiyalı mütəxəssisdir. Alleqrinin son iş yeri "Yuventus" olub. Təcrübəli çalışdırıcı Turin təmsilçisindən ayrıldıqdan sonra mövsüm sonuna qədər heç bir klubda işləməyəcəyini açıqlamışdı.

Fransa mətbuatı PSJ rəhbərliyinin Alleqri ilə danışıqlara başladığını iddia edir.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest