"Real"ın hücumçusu Xames Rodriges karyerasını İtaliyada davam etdirə bilər. Matc.az xəbər verir ki, bu barədə İspaniya mətbuatı məlumat yayıb.

Bildirilir ki, oyunçunun xidmətində "Yuventus" və "Napoli" klubları maraqlıdır. Futbolçu ötən mövsümü icarə əsasında "Bavariya"da keçirib. Yenidən "Real"a qayıdan Rodriges komandadan göndəriləcək. Buna səbəb baş məşqçi Zinəddin Zidanın hücumçunun çıxışından narazı olmasıdır. 

Kolumbiyalı forvardla "Mançester Yunayted"in də maraqlandığı iddia edilir.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest