Topaz Premyer Liqasının lideri "Neftçi" qol seriyasını 20-yə çatdırıb. Matç.az-ın PFL-in rəsmi saytına istinadən məlumatına görə, XII turda "Səbail"ə qalib gələn (2:0) "ağ-qaralar" ardıcıl 20 matçdı meydanı qolsuz tərk etmir.

Paytaxt təmsilçisi sonuncu dəfə ötən mövsümdə, martın 14-də "Qarabağ"la ev görüşündə qol vura bilməmişdi – 0:0. ötən mövsümün son 8 turunda 15, cari çempionatın 12 matçında 24 dəfə fərqlənən "Neftçi" 20 oyunluq seriya müddətində 39 dəfə rəqib qapısına yol tapıb.

Bu, "ağ-qaralar"ın Azərbaycan çempionatlarında 3-cü, son 11 ildə isə ən yaxşı göstəricisidi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest