Topaz Premyer Liqasında XIII turun oyunlarının başlama saatı müəyyənləşib. Matç.az saytının çempionatın yayım hüququna malik "CBC Sport" telekanalının feysbuk səhifəsinə istinadən məlumatına görə, qarşılaşmalar dekabrın 1-2-də keçiriləcək.

Turun açılış oyunu olan "Sumqayıt" – "Səbail" görüşünün start fiti dekabrın 1-də 16:30-da veriləcək. Saat 19:00-da "Sabah"la "Neftçi" üz-üzə gələcək.

Ertəsi gün ilk olaraq "Qəbələ" və "Zirə" 17:00-da münasibətlərinə aydınlıq gətirəcəklər. 19:30-da isə "Qarabağ" "Keşlə"ni qəbul edəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest