UEFA bu il keçirilməsi planlaşdırılan və koronavirus pandemiyasına görə gələn ilə təxirə salınan futbol üzrə Avropa çempionatı ilə bağlı qərarını açıqlayıb.
 
Matc.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, İcraiyyə Komitəsi turnirin Aç-2020 kimi tanınmasını məqsədəuyğun sayıb.
 
Bildirilib ki, bu qərar UEFA-ya yarışın 60 illiyini (1960-2020) qeyd etmək üçün turnirin ilkin görünüşünü saxlamağa imkan verir. Belə seçimin həm də UEFA-nın Aç-2020-ni davamlı hala gətirməsi və əlavə miqdarda tullantı yaratmamaq öhdəliyinə uyğun olduğu vurğulanıb.
 
Təşkilat yarışın təxirə salındığı vaxta qədər bir çox material hazırlandığını və Avropa çempionatının adının dəyişdirilməsinin bu cür əşyaların məhv edilməsi anlamına gələcəyini vurğulayıb.
 
UEFA 21 yaşadək futbolçulardan ibarət Avropa çempionatı barədə də açıqlama verib. Qurum turnirin yenidən təşkili və ya təxirə salınması üçün variantların mayın 11-də Milli Komanda Yarışları Komitəsi tərəfindən təqdim ediləcəyini və təhllil ediləcəyini bildirib. UEFA qərarın mayın 27-də İcraiyyə Komitəsinin növbəti iclasında veriləcəyini qeyd edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest