İtaliyanın tanınmış məşqçisi Fabio Kapello futbolçuların koronavirus pandemiyasından əziyyət çəkən insanlara yardım etməyə borclu olduqlarını bəyan edib.
 
Matc.az xəbər verir ki, təcrübəli mütəxəssis xarici mətbuata açıqlamasında bunları söyləyib:
 
"Əksər futbol ölkələrində koronavirusdan sonra futbolçuların məvaciblərinin azaldılması barədə ciddi mübahisələr yaranıb. Mən futbolçuların məvacibləri ilə bağlı əminliklə danışa bilmərəm. çünki bu, klubların səlahiyyətində olan məsələdi. Amma mənə elə gəlir ki, hazırda yetərincə qazancı olan ən yaxşı futbolçular bəxtlərinin necə gətirdiyini anlamalı və ehtiyacı olan insanlara yardım göstərməlidilər. Burada söhbət heç də yalnız puldan getmir. Əsas odu ki, onlar öz statuslarından ayrılıb, ictimaiyyətin fəal bir üzvü olsunlar".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest